Kaliforniyanın Amerika Azərbaycan İcması hesabata yenidən dəyişiklik etdiyi üçün ABŞ Dövlət Departamentinə minnətdarlıq məktubu yollayıb

Kaliforniyanın Amerika Azərbaycan İcması hesabata yenidən dəyişiklik etdiyi üçün ABŞ Dövlət Departamentinə minnətdarlıq məktubu yollayıb
# 26 aprel 2007 11:04 (UTC +04:00)
Kaliforniyanın Amerika Azərbaycan İcması 2006-ci ildə insan haqları ilə bağlı hesabata yenidən dəyişiklik etdiyi üçün ABŞ Dövlət Departamentinə minnətdarlıq məktubu yollayıb. APA-nın məlumatına görə, məktubda bildirilir ki, ABŞ Dövlət Departamentinin bu addımı beynəlxalq hüquq normalarını əks etdirir, Ermənistanın Dağlıq Qarabağı işğal edən tərəf olduğunu bir daha təsdiqləyir. “Beynəlxalq normalara istinadən qəbul edilən dəyişiklik münaqişənin çözülməsi istiqamətində Azərbaycanla Ermənistana arasında aparılan danışıqlara da yardımçı olacaq. Dövlət Departamentinin sənədə dəyişiklik etməsi, ABŞ-ın Minsk Qrupunun tərəfsiz həmsədri olmasını təsdiq edib”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR