Türk Amerika Assosiasiyaları Federasiyası və Amerika Azərbaycanlıları Cəmiyyəti BMT-nin baş gərargahı qarşısında mitinq keçırəcək

Türk Amerika Assosiasiyaları Federasiyası və Amerika Azərbaycanlıları Cəmiyyəti BMT-nin baş gərargahı qarşısında mitinq keçırəcək
# 26 aprel 2007 13:02 (UTC +04:00)
Türk Amerika Assosiasiyaları Federasiyası və Amerika Azərbaycanlıları Cəmiyyəti BMT-nin Nyu-Yorkdakı baş qərargahı qarşısında mitinq keçirəcək. Bu barədə APA-ya Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Mitinqdə erməni təcavüzkarlarının Azərbaycan ərazilərinin 16 faizini işğal etməsi və bir milyona yaxın qaçqının insan hüquqlarını pozmasına etiraz bildiriləcək, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874, 884 saylı) və BMT Baş Məclisinin bir qətnaməsinin icrası tələb olunacaq. Aksiya iştirakçıları beynəlxalq sülhə və təhlükəsizliyə görə məsul olan BMT-ni erməni təcavüzkarlarını Azərbaycan torpaqlarından çıxmağa, bir milyonadək azərbaycanlı qaçqının hüquqlarının pozulmasına son qoymağa məcbur etməyə çağıracaq, qurumun baş katibindən bunun üçün əməli tədbirlər görməyi tələb edəcəklər. Etiraz aksiyası mayın 8-də gündüz saat 12-dən 13.30-dək BMT iqamətgahının binası qarşısında keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR