Almaniya və Azərbaycanın Gürcüstandakı səfirləri Marneulidə yaşayan soydaşlarımızla görüşüblər

Almaniya və Azərbaycanın Gürcüstandakı səfirləri  Marneulidə yaşayan soydaşlarımızla görüşüblər
# 27 aprel 2007 08:17 (UTC +04:00)
Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində Almaniya və Azərbaycanın Gürcüstandakı səfirlərinin yerli ictimaiyyətlə görüşü keçirilib. Bu barədə APA-ya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Fazil Həsənov məlumat verib. Görüşə azərbaycanlı ziyalılar, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar. Tədbirin əsas məqsədi milli azlıqları narahat edən problemlərin həllində Gürcüstan hökumətinə kömək göstərməkdən ibarət olub. Yığıncaqda Almaniyanın Gürcüstandakı səfəri xanım Patrisiya Flor və Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev çıxış ediblər. Canlı diskussiya şəklində keçən görüşdə soydaşlarımız tez-tez rastlaşdıqları problemlərdən söhbət açıb, azərbaycanlı əhalinin təhsil, informasiya qıtlığı ilə bağlı çətinlikləri, kənd təsərrüfatı sahəsində meydana çıxan problemlər kadr məsələsi, azlıqların hüquq müdafiəsi və s. kimi aktual mövzulara toxunublar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR