İsraildə 28 may Respublika günü ilə bağlı geniş tədbir keçiriləcək

İsraildə 28 may  Respublika günü ilə bağlı geniş tədbir keçiriləcək
# 27 aprel 2007 08:56 (UTC +04:00)
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (AZİZ) 28 may Respublika günü ilə bağlı geniş tədbir keçirməyi planlaşdırır. Bu barədə APA-nın İsrail bürosuna təşkilatın vitse-prezidenti Aleks Şapiro (Suliman) məlumat verib. O bildirib ki, mayın 24-də İsrail parlamenti Knessetin binasında müsəlman Şərqində ilk demokratik respublikasının qurulmasının 89-cu ildönümünə həsr olunmuş bayram tədbiri keçiriləcək. İsraildə Azərbaycan səfirliyi olmadığı üçün bütün təşkilati işləri İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası öz üzərinə götürüb. Mərasimdə İsrail prezidentinin, baş nazirin, deputatların və xarici diplomatların iştirakı gözlənilir. İsraildəki erməni icmasının uydurma “soyqırım”ın ildönümünü qeyd etməsinə də münasibət bildirən A. Şapiro bu məsələdə ölkənin rəsmi mövqeyi ilə həmrəy olduqlarını deyib. Onun sözlərinə görə, XX əsrdə yəhudilər faşistlər tərəfindən soyqırıma məruz qalıblar və Holokost bəşər tarixindəki heç bir soyqırımla müqayisə edilə bilməz: “Soyqırım məsələsində ermənilərlə yəhudilərin identifikasiyası qəbulolunmazdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR