Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin I forumunda 300-dən çox nümayəndə iştirak edəcək

Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin I forumunda 300-dən çox nümayəndə iştirak edəcək
# 27 aprel 2007 14:30 (UTC +04:00)
Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin iyunun 4-10-da Türkiyənin Antalya şəhərində keçiriləcək birinci forumuna hazırlıq işləri başa çatmaq üzrədir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov APA-ya açıqlamasında bildirib ki, forumda 300-dən çox nümayəndənin iştirakı planlaşdırılır. Onun sözlərinə görə, Azərbaycanı toplantıda görkəmli alimlərdən ibarət nümayəndə heyəti təmsil edəcək. N. İbrahimov deyib ki, diaspora işinin daha da gücləndirilməsi, genişləndirilməsi üçün müxtəlif sahələrdə fəaliyyət göstərən elm adamlarının prosesə daha yaxından cəlb olunması baxımından bu tədbir böyük əhəmiyyət kəsb edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR