Hüseyn Türkelli qurumun saytının onun tərəfindən istifadəsi ilə bağlı yaranan anlaşılmazlıqlara aydınlıq gətirib

Hüseyn Türkelli qurumun saytının onun tərəfindən istifadəsi ilə bağlı yaranan anlaşılmazlıqlara aydınlıq gətirib
# 30 aprel 2007 08:38 (UTC +04:00)
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Amerika-Kanada Təşkilatının keçmiş sədri Hüseyn Türkelli qurumun saytının onun tərəfindən istifadəsi ilə bağlı yaranan anlaşılmazlıqlara aydınlıq gətirmək üçün bəyanat verib. APA-nın məlumatına görə, H. Türkelli Mahmudəli Çöhrəqanlının saytın onun tərəfindən oğurlanması haqda açıqlamalarını əsassız adlandırıb: “Güney Azərbaycan Milli Oyanış Hərəkatının Nizamnaməsinə görə, qurumun mətbuat orqanlarının rəhbərləri hərəkatın Mərkəzi Komitəsi tərəfindən təyin olunur. Bu baxımdan Mahmudəli Çöhrəqanlı təşkilatın saytının kimin tərəfindən idarə edilməsi haqda qərar qəbul etmək səlahiyyətinə sahib deyil. 2004-cü ildə www.cehreqanli.com saytı bağlandıqdan sonra GAMOH Mərkəzi Komitəsinin xahişi ilə www.gamoh.org saytı yaradıldı. Mən və dostlarımız saytı qeydiyyatdan keçirdik. İllərlə bu saytın bütün əziyyətini biz çəkmişik. Şəxsən mən saytın idarə edilməsinə başçılıq etmişəm, saytın pasvordunu oğurlamamışam. Mahmudəli Çöhrəqanlının səviyyəsinə uyğun olmayan bu kimi ifadələr onun siyasi liderlikdən daha çox şər atmaq və qara yaxmaq bacarığına sahib olduğunu göstərir. Əgər GAMOH Mərkəzi Komitəsi tərəfindən qərar qəbul edilərsə, saytın idarəçiliyini istənilən şəxsə ötürməyə hazırıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR