GAMOH fəalı Abbas Lisani haqqında sənədlər “Amnesty İnternational” təşkilatına təqdim olunub

GAMOH fəalı Abbas Lisani haqqında sənədlər “Amnesty İnternational” təşkilatına təqdim olunub
# 30 aprel 2007 12:35 (UTC +04:00)
GAMOH fəalı Abbas Lisani haqqında əlavə sənədlər “Amnesty İnternational” təşkilatına təqdim olunub. APA-nın Şərqi Avropa bürosunun verdiyi məlumata görə, İsveçin Göteborq şəhərində “Amnesty İnternational” təşkilatının kampaniya təşkili üzrə məsul şəxsi Katarina Bergehed ilə İsveç Azərbaycan Federasiyası arasında görüş keçirilib. Söhbət zamanı “Amnesty İnternational” təşkilatına son aylarda Güney Azərbaycan milli hərəkatının fəalları ətrafında yaranmış vəziyyət və bu bölgədə baş verən hadisələrlə bağlı ətraflı məlumat verilib, İAF tərəfindən milli mübarizənin Ərdəbildə həbs edilmiş fəallarından biri olan Abbas Lisaninin vəziyyəti, eləcə də digər milli-siyasi məhbuslar haqda sənədlər təqdim olunub. Katarina Bergehed isə Güney Azərbaycanda yaşanan olaylarla əlaqədar təmsil etdiyi qurumun gördüyü işlər barədə qısa xülasə verib və İsveçdə yayımlanan “Amnesty Press” jurnalının son sayında həbsdə olan başqa bir milli hərəkat fəalı - Əsgər Əkbərzadənin durumu haqda məlumat verdiklərini vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR