Xarici Ölkədə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Moskvada baş vermiş insidenti diqqətdə saxlayır

Xarici Ölkədə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Moskvada baş vermiş insidenti diqqətdə saxlayır
# 02 may 2007 14:27 (UTC +04:00)
Xarici Ölkədə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində azərbaycanlı və erməni tələbələr arasında dünən baş verən insidenti diqqətdə saxlayır. Komitənin şöbə müdiri Şakir Səlimov APA-ya açıqlamasında bildirib ki, bu məsələdə haqq-ədalət azərbaycanlı tələbələrin tərəfindədir: “O tədbirdə ermənilər qondarma qurumun bayrağını dalğalandırmaq istəyiblər və azərbaycanlı tələbələr buna etiraz ediblər. Hər halda, silahdan azərbaycanlı yox, erməni tələbələr istifadə edib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi lazım gələrsə, Rusiyanın hüquq-mühafizə orqanlarına başladılan cinayət işi ilə bağlı müraciət edəcək və bildirəcəyik ki, bizim tələbələrin bu məsələ günahı yoxdur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR