AZƏRROS rəhbərliyi azərbaycanlı tələbələri ermənilərlə qarşıdurmaları dayandırmağa çağırıb

Bu barədə APA-ya Moskvada təhsil alan azərbaycanlı tələbələr məlumat veriblər. Onlar bildiriblər ki, azərbaycanlı tələbə Ağəli Alışovun güllələnməsi insidentindən sonra münasibətləri aydınlaşdırmaq üçün bir neçə dəfə erməniləri görüşə çağırsalar da, ermənilər görüşə gəlməyiblər. Moskva şəhər daxili işlər şöbəsindən APA-ya bildiriblər ki, Ağəli Alışovun güllələnməsi ilə bağlı istintaq davam edir, lakin hələlik saxlanan yoxdur. Universitet rəhbərliyi bu məsələdə hüquq-mühafizə orqanlarına lazımi köməklik edəcəyinə söz verib. Ağəli Alışovun müalicə olunduğu Moskva şəhər 64 saylı şəhər xəstəxanasından isə APA-ya bildiriblər ki, pasiyentin səhhəti normallaşmaq üzrədir. /APA/
Diaspor

Fuad Muradov İsraildə müxtəlif tədbirlərdə iştirak edib

Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi” təşkil ediləcək

Dövlət Komitəsi erməni radikalların Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinə hücumu ilə bağlı bəyanat yayıb
