Almaniyada VI Türk Günü Şənliyi keçiriləcək

Almaniyada VI Türk Günü Şənliyi keçiriləcək
# 28 iyun 2007 12:59 (UTC +04:00)
İyunun 30-da Almaniyanın Berlin şəhərində VI Türk Günü Şənliyi keçiriləcək. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Berlin Türk Cəmiyyətinin təşkil etdiyi tədbirin əsas məqsədi Almaniyadakı türk icmasının cəmiyyətə inteqrasiyaya başlamasının 45 illiyini qeyd etmək, türk diasporası ilə alman xalqı arasında qarşılıqlı fəaliyyət və tolerantlığın daha da inkişafına nail olmaqdır. 500 minədək iştirakçının toplaşacağı VI Türk Günü Şənliyində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak edəcək. Almaniyanın tarixi məkanlarından biri olan Brandenburq qapıları önündə iki gün ərzində davam edəcək VI Türk Günü Şənliyi Türkiyənin “TRT-int” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR