Rumıniyada Erix Fayqlın “Erməni əsatir düşkünlüyü. Erməni ekstremizmi: səbəbləri və tarixi konteksti” adlı kitabı çap edilib

Buxarestdə Rumıniyadakı Azərbaycan səfirliyinin və Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə tanınmış avstriyalı alim Erix Fayqlın “Erməni əsatir düşkünlüyü. Erməni ekstremizmi: səbəbləri və tarixi konteksti” adlı kitabı rumın dilində çap edilib. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, ilk dəfə Avstriyanın Zalsburq şəhərində işıq üzü görən kitabda erməni tarixi, Urartu dövləti, Osmanlı imperiyasının qurulması və erməni icması ilə münasibətlər təsvir edilir. Daha sonra XX əsrin əvvəllərində cərəyan edən hadisələri obyektiv prizmadan işıqlandıram müəllif 1915-ci ildə baş verənlərin əslində erməni silahlı qüvvələrinin yerli müsəlman əhalini qılıncdan keçirməsi kimi xarakterizə edir. O, bu fikri 1918-20-ci ildə ermənilərin törətdikləri qırğınlar, Mustafa Kamal Atatürkün başçılıq etdiyi Anadoluda milli azadlıq mübarizəsi zamanı boşluqdan yararlanan Ermənistan dövlətinin yürütdüyü amansız siyasətlə əsaslandırır. Kitabda erməni silahlı qüvvələrinin tarixin müxtəlif mərhələlərində Azərbaycanda törətdikləri vəhşiliklərə, o cümlədən Xocalı faciəsinə də geniş yer ayrılıb. Nəfis tərtibatda çap edilmiş əsərdə burada öz əksini tapmış faktlara dair sənədlər və fotoşəkillər yerləşdirilib. /APA/
Diaspor

Pənahəli xanın nəslinin nümayəndəsi Ağdamda olub - FOTO

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi başa çatıb

Britaniya Azərbaycanlıları səfirliyə hücumla bağlı bu ölkənin parlamentinə və daxili işlər nazirinə müraciət edib
