Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
# 03 iyul 2007 10:55 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin kollektivi bu gün qurumun yaranmasının 5-ci ildönümü münasibəti ilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. APA-nın xəbərinə görə, komitə sədri Nazim İbrahimovun da daxil olduğu heyət Heydər Əliyevin heykəli önünə əklil qoyub, onun xatirəsinə ehtiram bildiriblər. Daha sonra komitənin kollektivi Heydər Əliyevin həyat yoldaşı, oftalmoloq alim Zərifə Əliyevanın xatirəsini yad edib. Qeyd edək ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini 2002-ci il iyulun 5-də yaradılıb. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR