Azərbaycan nümayəndə heyəti DAK-ın IX qurultayında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti DAK-ın IX qurultayında iştirak edəcək
# 03 iyul 2007 11:46 (UTC +04:00)
İyulun 6-dan 8-dək Almaniyanın Brül-Köln şəhərində Dünya Azərbaycanlıları Konqresinin IX qurultayı keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov APA-ya açıqlamasında bildirib ki, o, və komitənin əməkdaşları qurultayın işində iştirak edəcəklər. Komitə sədrinin sözlərinə görə, Milli Məclisin deputatları, Azərbaycanın bir sıra ictimai-siyasi xadimləri də toplantıya qatılacaqlar. Sədri olduğu komitənin DAK-la daimi əməkdaşlıq etdiyini bildirən N. İbrahimov qurultayın işində öz sözlərini deyəcəklərini bildirib. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR