Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin və jurnalistlərin forumları gələn il baş tutacaq

Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin və jurnalistlərin forumları gələn il baş tutacaq
# 03 iyul 2007 12:05 (UTC +04:00)
Bu ilin sonlarında Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının keçirilməsi gözlənilir. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bununla bağlı hazırlıq işlərinə başlanmaq üzrədir.
Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin və jurnalistlərin bu ilə nəzərdə tutulan forumlarının keçirilməsi isə təxirə salınıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov APA-ya açıqlamasında bildirib ki, bir sıra texniki problemlərlə bağlı bu tədbirlər bu il yox, gələn il baş tutacaq: “Biz qərara gəldik ki, jurnalistlərin və xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin toplantıları Bakıda keçirilsə, daha yaxşı olar. Çünki belə olarsa alimlər və jurnalistlər azərbaycanlı həmkarları ilə daha yaxşı əlaqə yarada biləcəklər. Yəqin ki, hər iki tədbir gələn ilin birinci yarıcında Bakıda baş tutacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR