Köln qurultayında Dünya Azərbaycanlıları Konqresinin nizamnaməsinə dəyişiklik ediləcək

Köln qurultayında Dünya Azərbaycanlıları Konqresinin nizamnaməsinə dəyişiklik ediləcək
# 03 iyul 2007 13:33 (UTC +04:00)
İyulun 7-8-də Almaniyanın Köln şəhərində keçiriləcək Dünya Azərbaycanlıları Konqresinin (DAK) IX qurultayında təşkilatın illik fəaliyyətinə dair hesabat dinləniləcək, qurumun nizamnaməsinə dəyişiklik ediləcək. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Yeni nizamnaməyə görə, təşkilatın məclisi ləğv ediləcək və həmin funksiya İdarə Heyətinə veriləcək. İdarə Heyəti eyni vaxtda həm qanunverici, həm də icraedici funksiyanı yerinə yetirəcək. DAK İdarə Heyəti sədrinin həm də təşkilata rəhbərlik edəcəyi nəzərdə tutulur. Təşkilatın digər rəhbər şəxsləri də İdarə Heyəti tərəfindən seçiləcək. Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən DAK indiyədək 8 qurultay və bir neçə beynəlxalq tədbir keçirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR