Avropa Azərbaycanlıları Konqresi İcraiyyə Komitəsinin ilk toplantısı keçiriləcək

İyulun 6-da Almaniyanın Mayns şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK) İcraiyyə Komitəsinin ilk toplantısı keçiriləcək. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Toplantıda AAK-ın II Qurultayında qəbul edilən sənədlər, həmin qurultayın qətnaməsinə uyğun olaraq hazırlanan 2007-2009-cu illər üçün Fəaliyyət Proqramının layihəsi, “Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”ndan irəli gələn məsələlər müzakirə ediləcək. Elə həmin gün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Almaniyadakı səfirliyinin birgə təşəbbüsü ilə bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Məşvərət Şurası yaradılacaq. Hər iki tədbirdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. /APA/
Diaspor

Britaniya Azərbaycanlıları səfirliyə hücumla bağlı bu ölkənin parlamentinə və daxili işlər nazirinə müraciət edib

Fuad Muradov: "Yay düşərgəsində Pənahəli xanın nəslinin üzvləri iştirak edir"

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılışı olub - FOTO
