İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası iranlı yəhudilərin diaspora qurumu ilə əməkdaşlıq edəcək

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası iranlı yəhudilərin diaspora qurumu ilə əməkdaşlıq edəcək
# 05 iyul 2007 07:46 (UTC +04:00)
Görüşdə İsraildəki Azərbaycan diasporunun fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub. Aleks Şapiro hazırda Azərbaycanda 16 min yəhudinin yaşadığını bildirib. Yəhudilərin Azərbaycanda 2 min əvvəl məskunlaşdığını deyən Aleks Şapiro bu müddət ərzində onların heç zaman təzyiqlərlə üzləşmədiyini vurğulayıb. İshak Pərviz Nazarian isə əslən Azərbaycandan olan yəhudilərin İsrail cəmiyyətinin formalaşmasında mühüm rol oynadığını deyib. Yəhudilərin Azərbaycandan İsrailə 15 il əvvəldən köçməyə başladığını bildirən amerikalı milyarder onların Azərbaycan mədəniyyətini, dilini və ənənələrinin unutmadıqlarını yüksək qiymətləndirib. Tərəflər İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ilə Nazarianın rəhbərlik etdiyi, sıralarında 30 min iranlı yəhudini birləşdirən diaspora qurumu arasında əməkdaşlığın vacibliyini qeyd ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR