Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı mətbuat konfransı keçirib

Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı mətbuat konfransı keçirib
# 05 iyul 2007 12:25 (UTC +04:00)
Bu gün Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı (DAK) Qarabağ problemi, Güney Azərbaycanda gedən proseslər və DAK-ın Almaniyanın Köln şəhərində keçiriləcək qurultayı ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən DAK-ın Gənclər Təşkilatının sədri Rəşad Xasayoğlu qurumun bu ilin martında yaradıldığını bildirib. Onun sözlərinə görə, təşkilat fəaliyyət dövründə Gürcüstan, Litva və Rusiyada tədbirlər keçirilib. R. Xasayoğlu keçirilən görüşlərdə Qarabağ problemindən danışıldığını, həmin ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları ilə görüşlər keçirildiyini vurğulayıb. Gələcək planları haqda məlumat verən R. Xasayoğlu qeyd edib ki, iki ölkədə qəzet nəşr etdirməyi planlaşdırıblar. Təşkilat sədri DAK-ın qurultayında qurumun hazırkı sədri Cavad Derəxtinin namizədliyini dəstəkləyəcəklərini qeyd edib./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR