İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təmsilçiləri “Türkiyəlilər” Cəmiyyətinin nümayəndələri ilə görüşüblər

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təmsilçiləri “Türkiyəlilər” Cəmiyyətinin nümayəndələri ilə görüşüblər
# 06 iyul 2007 11:41 (UTC +04:00)
Dörd ay əvvəl yaradılmış İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası özünün beynəlxalq əlaqələrini genişləndirir. APA-nın İsrail bürosunun məlumatına görə, assosiasiya təmsilçiləri İsraildəki türk icmasını birləşdirən “Türkiyəlilər” Cəmiyyətinin nümayəndələri ilə görüşüblər. Görüş Türkiyənin İsraildəki səfiri Namiq Tanın təşəbbüsü ilə baş tutub. Görüşü açıq elan edən “Türkiyəlilər” Cəmiyyətinin sədri Momo Üzsinay qeyd edib ki, rəhbərlik etdiyi təşkilat 50 il əvvəl yaradılıb və sıralarında 80 min nəfəri birləşdirir: “Türkiyədə yaşayan yəhudilər heç vaxt antisemitizmlə üzləşməyiblər və həmişə türk xalqının isti, tolerant münasibətini görüblər”. Öz növbəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak Azərbaycan və israil xalqlarının dostluğunu “dostluq nümunəsi” adlandırıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda 16 min yəhudi daşıyır. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti Aleks Şapiro-Suliman deyib ki, 10-15 ildən artıqdır İsraildə yaşasalar da, öz köklərini, doğulub boya-başa çatdıqları ölkənin mədəniyyət, adət və ənənələrini unutmurlar: “Biz sizinlə eyni kökə, eyni dilə, eyni adət-ənənəyə malikik”. Tərəflər İsraildə Azərbaycan və Türkiyə diasporlarının əməkdaşlığı, həmçinin birgə humanitar və biznes layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR