Böyük Britaniyada “Azərbaycan Evi” açılacaq

Böyük Britaniyada “Azərbaycan Evi” açılacaq. APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, Londonda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Klubunun təşəbbüsü ilə Böyük Britaniyanın paytaxtında cari ilin əvvəllərində təsis edilən “Azərbaycan Evi” Mədəniyyət Mərkəzi layihəsi üzərində iş sürətlənib. Hazırda mərkəzin yerləşəcəyi binada təmir işləri gedir. “Azərbaycan Evi”ndə Azərbaycan kitablarından ibarət böyük oxu zalı (kitabxana), konfrans və seminarların keçirilməsi üçün nəzərdə tutulan salon, musiqi və dərs kabineti (Azərbaycan dili kurslarının həyata keçirilməsi üçün), Azərbaycanlı Gənclər Klubunun ofisi yerləşəcək. “Azərbaycan Evi” Britaniyadakı bütün Azərbaycan təşkilatlarını birləşdirən mərkəz rolunu oynayacaq. /APA/
Diaspor

Britaniya Azərbaycanlıları səfirliyə hücumla bağlı bu ölkənin parlamentinə və daxili işlər nazirinə müraciət edib

Fuad Muradov: "Yay düşərgəsində Pənahəli xanın nəslinin üzvləri iştirak edir"

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılışı olub - FOTO
