DAK-ın keçmiş sədri Cavad Derəxti: “Seçkilərdə Qulamrza Təbrizidən az səs toplayacağımı bilib namizədliyimi irəli sürmədim”

DAK-ın keçmiş sədri Cavad Derəxti: “Seçkilərdə Qulamrza Təbrizidən az səs toplayacağımı bilib namizədliyimi irəli sürmədim”
# 09 iyul 2007 16:16 (UTC +04:00)
“Dünya Azərbaycanlıları Konqresinin sədrliyinə namizədliyimi irəli sürməməyimin səbəbi var. Qurultayda toplaya biləcəyim səsləri hesabladım və indiki sədrdən daha az səs toplayacağımı gördüm. Demokrat insan olaraq belə məqamda namizədliyimi irəli sürmək doğru olmazdı”. Bu eksklüziv açıqlamanı APA-ya Dünya Azərbaycanlıları Konqresinin (DAK) keçmiş sədri Cavad Derəxti bildirib. O, kifayət qədər təbliğat aparacağı halda lazımi qədər səs yığa biləcəyini də gizlətməyib: “İdarə Heyətinin 17 üzvündən 13-nün səsini toplaya bilərdim. Amma istəyirdim ki, təşkilat yeniləşsin. Burada biz sədrlik üçün mübarizə aparmırıq, Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, Güney Azərbaycanın siyasi vəziyyətinin dünyaya çatdırılması üçün çalışırıq. Fərqi yoxdur, sədr ol və ya sıravi üzv”. C. Derəxti yeni sədr Qulamrza Təbrizlinin ömrünü mühacir kimi xaricdə keçirdiyini qeyd edərək yaxşı fəaliyyət göstərəcəyinə inandığını qeyd edib: “Dünya Azərbaycanlılar Konqresinin fəaliyyətində biz hamımız onun yanında olacağıq. DAK öz təşkilatımızdır və heç zaman qoymayacağıq ki, burada fikir ayrılığı olsun. İdarə Heyətində mən də təmsil olunuram və qurultayda sədrin birinci müavini seçildim. Nə qədər canımızda can var, bu işi davam etdirəcəyik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR