İsveçdə daha 3 Azərbaycan diaspora qurumu yaradılıb

İsveçdə daha 3 Azərbaycan diaspora qurumu yaradılıb
# 10 iyul 2007 10:24 (UTC +04:00)
İsveçdə yeni Azərbaycan diaspor cəmiyyətləri yaradılıb. APA-nın Şərqi Avropa bürosunun verdiyi məlumata görə, İsveçdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sırasına 3 yeni qurum əlavə olunub. Nəticədə İsveç Azərbaycan Federasiyasının tərkibinə daxil olan Azərbaycan diaspor təşkilatlarının sayı 36-ya çatıb. Göteborq Azərbaycan Strateji Araşdırmalar Mərkəzi Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının qorunması və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə təsis edilib. GASAM-ın sədri Məmməd Rza Ağapurdur. Həmyerlimiz Cavanşir Cəfərov tərəfindən qurulan “20 yanvar” cəmiyyəti isə qarşısına Azərbaycan tarixi və mədəniyyəti ilə əlaqədar tədbirlərin keçirilməsini məqsəd qoyub. Sıralarında 150 üzvü birləşdirən Göteborq Azərbaycanlı Qadınların Mədəniyyət Cəmiyyətinin rəhbəri Pərvanə Məvizi seçilib. Bu qurumda azərbaycanlılarla yanaşı İsveç, Türkiyə və İraq türkmən qadınları da fəaliyyət göstərir. Təşkilat Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində və Güney Azərbaycanda tapdalanan qadınların hüquqlarının bərpası istiqamətində çalışmağı planlaşdırır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR