Norveç səfiri azərbaycanlı jurnalistlər üçün işgüzar nahar verib

Norveç səfiri azərbaycanlı jurnalistlər üçün işgüzar nahar verib
# 11 iyul 2007 12:27 (UTC +04:00)
Norveç Krallığının Azərbaycandakı səfiri Yon Ramberq bu gün öz rezidensiyasında bir neçə jurnalist və jurnalist təşkilatlarının rəhbərləri ilə işgüzar nahar edib. APA-nın məlumatına görə, işgüzar nahar Azərbaycanda kütləvi informasiya vasitələrinin vəziyyətinin müzakirəsi və səfirliyin müşaviri Görel Yoğansenin yeni təyinatla əlaqədar Bakını tərk etməsi ilə bağlı olub. Yon Ramberq rəhbərlik etdiyi diplomatik missiyanın “Mətbuata açıq səfirlik” nominasiyasında Həsən bəy Zərdabi adına mükafata layiq görüldüyündən məmnun olduğunu, gələcəkdə də kütləvi informasiya vasitələri ilə əməkdaşlığın bu səfirliyin prioritet sahələrindən biri olacağını deyib. O, azad və müstəqil jurnalistikanın demokratik cəmiyyətin vacib atributlarından biri olduğunu qeyd edib. Gələn həftə Bakını tərk edən xanım Görel Yoğansen Azərbaycanı çox sevdiyini, burada çalışdığı dövrdə jurnalistlərlə müxtəlif görüşlər keçirdiyini bildirib. Bundan sonra Norveçin Böyük Britaniyadakı səfirliyində çalışacaq xanım diplomat gələn ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycana gələcəyinə ümidvar olduğunu deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR