Nazim İbrahimov: “Gürcüstanda Azərbaycan dilində məktəblərin bağlanması, əvəzində gürcü dilində məktəblərin açılması təklifini biz vermişik”

Nazim İbrahimov: “Gürcüstanda Azərbaycan dilində məktəblərin bağlanması, əvəzində gürcü dilində məktəblərin açılması təklifini biz vermişik”
# 12 iyul 2007 14:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib: “Gürcü dilini bilmədiklərinə görə, azərbaycanlılar Gürcüstanın ali məktəblərinə qəbul ola bilmir və nəticədə Rusiya, Ukrayna, Azərbaycan və başqa ölkələrə üz tuturlar. Soydaşlarımızın Gürcüstanı tərk etmələri, evlərin qapılarının bağlı qalması faciədir. Bu, Gürcüstanda yaşayan azərbaycanlıların sayının azalmasına təsir göstərir. Əgər onlar gürcü dilini bilsələr, bu dildə təhsil alsalar, o zaman öz ölkələrinin ali məktəblərinə qəbul ola, orada iş tapıb işləyə bilərlər”. /APA/





#
#

ƏMƏLİYYAT İCRA OLUNUR