Nazim İbrahimov: “Rusiyada yaşayan bütün soydaşlarımız dövlət qeydiyyatına düşməlidir”

“Hazırda Rusiyada 2,5 milyon nəfər azərbaycanlı yaşayır. Rusiyada “Miqrasiya haqqında” qanun qüvvəyə minəndən sonra azərbaycanlılar qanuna uyğun şəkildə fəaliyyət göstərməyə başlayıblar. Biz də çox istəyirik ki, soydaşlarımız Rusiyada qanuni şəkildə yaşasınlar”. APA-nın məlumatına görə, bu fikirlər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova məxsusdur. Komitə sədri bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya dövləti miqrantların dövlət qeydiyyatına düşmələri ilə bağlı işlərin leqal şəkildə qurulması barədə tapşırıq verib: “Əvvəlcədən də bəyan etdiyimiz kimi, bu məsələ soydaşlarımız üçün ağrısız şəkildə davam edir. Azərbaycana qayıdan soydaşlarımız da öz arzuları ilə bu addımı atıb. Bizdə olan məlumata görə, onların sayı elə də çox deyil. Mən özüm vaxtilə Ukraynada səfir olana qədər mühacir kimi bir müddət qeydiyyatsız yaşadım. Sonradan dövlət qeydiyyatına düşdüm. Rusiyada yaşayan bütün soydaşlarımız da dövlət qeydiyyatına düşməlidirlər”. /APA/
Diaspor

Pənahəli xanın nəslinin nümayəndəsi Ağdamda olub - FOTO

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi başa çatıb

Britaniya Azərbaycanlıları səfirliyə hücumla bağlı bu ölkənin parlamentinə və daxili işlər nazirinə müraciət edib
