Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası və “Türkiyəlilər” Cəmiyyətinin üzvləri ilə Türkiyənin İsraildəki səfiri arasında görüş keçirilib

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası və “Türkiyəlilər” Cəmiyyətinin üzvləri ilə Türkiyənin İsraildəki səfiri arasında görüş keçirilib
# 14 iyul 2007 09:08 (UTC +04:00)
APA-nın Israil burosunun məlumatına görə, görüşü açıq elan edən səfir İsraildəki Türkiyə və Azərbaycan diasporlarının təmsilçilərini salamlayıb. Onun sözlərinə görə, Türkiyənin Təl-Əvivdəki səfirliyi iki qardaş diasporun yaxınlaşması üçün əlindən gələni etməyə hazırdır: “İsraildəki Türkiyə və Azərbaycan diasporlarının yaxınlaşmasını yüksək qiymətləndirirəm”. “Türkiyəlilər” Cəmiyyətinin sədri Momo Üzsinay “biz İsraillə Türkiyə arasında dostluq və əməkdaşlıq üçün canlı körpüyük” deyib. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının vitse-prezidenti Aleks Şapiro Suliman qeyd edib ki, Azərbaycan və Türkiyə İsraillə əməkdaşlıq etməklə təkcə bu ölkənin əhalisi ilə yox, həm də dünyada böyük nüfuza malik yəhudi diasporu ilə əlaqə qururlar. “Türkiyəlilər” Cəmiyyətinin sədr müavini Nəsim Güvəniş bildirib ki, iki diaspor arasında oxşar məqamlar çox olduğu üçün bu yaxınlarda Türkiyə və Azərbaycanın xalq rəqsləri və folkloru festivalı keçirməyi planlaşdırırlar. Beynəlxalq Azərbaycan Mədəni İrsinin Qorunması Assosiasiyasının sədri Yeganə Salman 15 ildir İsraildə yaşamalarına baxmayaraq, öz köklərini, dil, mədəniyyət və adət-ənənələrini unutmadıqlarını vurğulayıb. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR