Rusiyada yaşayan 2 mindən artıq azərbaycanlı Şamil Qurbanovun azadlığa buraxılması xahişi ilə prezidentə müraciət ediblər

Rusiyada yaşayan 2 mindən artıq azərbaycanlı Şamil Qurbanovun azadlığa buraxılması xahişi ilə prezidentə müraciət ediblər
# 16 iyul 2007 11:51 (UTC +04:00)
Rusiyada yaşayan 2 minədək soydaşımız Azərbaycanda həbs olunmuş Rusiya vətəndaşı Şamil Əjdər oğlu Qurbanovun azadlığa buraxılması xahişi ilə prezidenti İlham Əliyevə müraciət ediblər. Rusiyadakı soydaşlarımızın APA-ya göndərdikləri müraciətdə qeyd olunub ki, Şamil Qurbanovun həbsi orada yaşayan minlərlə azərbaycanlının dolanışıq mənbəyi olan iş yerini itirməsi deməkdir: “Bildirmək istəyirik ki, Şamil Qurbanovun olmadığı müddətdə işlədiyimiz yerlərdə hüquq-mühafizə orqanları və digər dövlət qurumları tərəfindən təzyiqlərə məruz qalmışıq. Artıq bir neçə gündür ki, işlədiyimiz yerlərdə incidilirik. Çoxumuz deportasiya təhlükəsi ilə üzləşmişik. Şamil Qurbanovun yüksək çinli dövlət məmurları ilə əməkdaşlığı və şəxsi münasibətlərinə görə onun yaşadığı Peçatniki və digər rayonlarda belə haqsızlıqlara imkan verilmirdi. Bu gün bizi başsız görən məmurlar aktivləşərək təzyiqlər edirlər”. Qeyd edək ki, Ş. Qurbanov iyunun 28-də Gəncə Beynəlxalq Hava Limanının sərhəd buraxılış məntəqəsində həbs edilib. Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanan Ş. Qurbanov iqtisadi cinayətkarlıqda ittiham olunur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR