Yöteburq-Azərbaycan strategiya və araşdırmalar mərkəzi Dağlıq Qarabağda keçirilən qondarma ”prezident seçkiləri”ni pisləyib

Yöteburq-Azərbaycan strategiya və araşdırmalar mərkəzi Dağlıq Qarabağda keçirilən qondarma ”prezident seçkiləri”ni pisləyib
# 20 iyul 2007 14:02 (UTC +04:00)
İsveçdə fəaliyyət göstərən Yöteburq-Azərbaycan strategiya və araşdırmalar mərkəzi (YASAM) Dağlıq Qarabağda keçirilən qondarma ”prezident seçkiləri”ni pisləyən müraciət qəbil edib. Bu barədə APA-ya YASAM-dan məlumat verilib. Sənəddə deyilir ki, Azərbaycanın işğal olunmuş ərazisində-Dağlıq Qarabağda qanunsuz prezident seçkilərinin keçirilməsinin beynəlxalq hüquqla heç bir bağlılığı yoxdur və bu addım BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, eləcə də vasitəçilik missiyasını yerinə yetirən ATƏT ölkələrinə qarşı yönəlmiş açıq hörmətsizlik sayılmalıdır. Yöteburq-Azərbaycan strategiya və araşdırmalar mərkəzi İsveç rəsmilərindən tələb edib ki, ermənilərin işğal etdikləri Dağlıq Qarabağda törətdikləri qanunsuzluqlar İsveç parlamentində müzakirə olunsun və bunun sülh prosesinə təsir imkanları araşdırılsın. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR