Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti: “Bakı meri Hyustonda Nizami Gəncəvinin büstünün ucaldılmasını yubadır”

Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti: “Bakı meri Hyustonda Nizami Gəncəvinin büstünün ucaldılmasını yubadır”
# 24 iyul 2007 02:57 (UTC +04:00)
Onun sözlərinə görə, Hyustonun Herman parkında büstün qoyulması üçün şəhər meriyasının razılığı var. “Artıq layihə və eskizlər də hazırdır. Sadəcə olaraq, razılığa görə Bakıda da Sem Hyustonun büstünün qoyulması üçün yer ayrılmalıdır. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov buna razılıq vermək istəmir. Mən icra başçısı ilə görüşdə bunu desəm də, o imtina edib və bildirib ki, belə məsələlər onun səlahiyyətinə aid deyil. Onun bu razılığı verməməsi ucbatından da Hyustonda Nizami Gəncəvinin büstünün ucaldılması məsələsi yubanır. Onu da xatırladım ki, Herman bağında bir çox xalqların dahi şəxsiyyətlərinin büstləri var. Bunlar bir növ həmin ölkələri təmsil edirlər. Orda Azərbaycanın dahi şəxsiyyətlərindən birinin büstü niyə olmasın axı?”
İ. Axundova əlavə edib ki, Hyuston meriyası bu şəhərin əsas küçələrindən birinin də Azərbaycanın şərəfinə adlandırılmasına razılıq verib. “Onlar Hyustonun mərkəzi küçələindən birinin Azərbaycanın tanınmış şəxsiyyətlərindən birinin adı ilə adlandırılmasının da tərəfdarıdırlar”.
Qeyd edək ki. Hyustonla Bakı 1976-cı ildə qardaşlaşmış şəhərlər elan olunublar./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR