Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi dünyadakı azərbaycanlı iş adamlarına müraciət edib

Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi dünyadakı azərbaycanlı iş adamlarına müraciət edib
# 24 iyul 2007 08:56 (UTC +04:00)
Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi Haaqa şəhərində Xocalı soyqırımına həsr edilən abidə qoyulmasına maddi dəstək verilməsi üçün dünyadakı azərbaycanlı iş adamlarına müraciət edib. Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin başqanı İlhan Aşkının APA-ya verdiyi məlumata görə, müraciətdə Xocalı faciəsinin miqyasının böyüklüyü diqqətə çatdırılıb və erməni vəhşiliyinin Avropa ölkələrində təbliğ olunmasının əhəmiyyəti vurğulanıb: “Xocalı soyqırımını Hollandiya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Haaqa şəhərində faciəni özündə əks etdirən bir abidənin qoyulması barədə yerli dövlət qurumlarından rəsmi icazə alınıb. Hazırda abidənin hazırlanması ilə bağlı işlər gedir. Amma abidənin qoyulması üçün xeyli vəsaitə ehtiyac var. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş Üzrə Dövlət Komitəsinə edilən müraciətlərə də hələ cavab verilməyib. Komitə rəsmilərinin bildirdiyinə görə, maliyyə çatışmazlığından abidənin qoyulmasına kömək edə bilməyəcəklər. Bu səbəbdən təşkilatımız imkanlı azərbaycanlılardan bu vacib məsələyə dəstək verilməsini istəyirik”. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR