Tomris Azəri DAK-ların birləşməsi ideyasını alqışlayır

Tomris Azəri DAK-ların birləşməsi ideyasını alqışlayır
# 26 iyul 2007 15:03 (UTC +04:00)
Cəmiyyətin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda T. Azəri bu ideyanı alqışladığını bildirib və bütün azərbaycanlıları vahid ideologiya ətrafında birləşməyə çağırıb. Cəmiyyət sədri hesab edir ki, ikiyə parçalanmış diaspor təşkilatının birləşməsi ideyası hamının istəyidir və xaricdə yaşayan azərbaycanlıların üzərinə Azərbaycan xalqını, dövlətini yüksəltmək, onun həqiqətlərini yaymaq, haqlarını qorumaq vəzifəsi düşür: “Müstəqil vətənimizin bayrağı xaricdə hər yerdə dalğalanır. Əgər biz bir yerdə olmasaq, birlikdə çalışmasaq, öz-özümüzlə dalaşmaqdan başqa heç nəyə nail ola bilmərik. Biz bir-birimizlə mübarizə apararkən düşmənlərimiz bizə qarşı daha sürətlə fəaliyyətə keçirlər. Bu gün qardaş Türkiyəyə qarşı edilənlərdən ibrət götürməliyik”. T. Azəri öz bəyanatında Azərbaycan naminə bütün dünya azərbaycanlılarının birliyini, həmrəyliyini görmək arzusunda olduğunu qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR