Alman professor DAK sədri ilə görüşüb

Alman professor DAK sədri ilə görüşüb
# 27 iyul 2007 10:12 (UTC +04:00)
Sağam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə Bakıda səfərdə olan Almaniyanın Vürzburq Universitetinin hüquq kafedrasının professoru Erik Hilqendorf Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Qulamrza Səbri Təbrizi ilə görüş keçirib. DAK-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfərin məqsədi ictimai birlik ilə birgə Vürzburq Universitetinin həyata keçirdiyi təhsil layihəsi ilə əlaqədardır. DAK sədri ilə görüşdə Azərbaycanın bu layihəyə qoşulması ətrafında müzakirələr aparılıb və Q. Təbrizi bu addımı yüksək qiymətləndirib. Q. Təbrizi güney və quzeyli Azərbaycan gənclərinin Almaniyada təhsil alması sahəsində müzakirə aparılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR