Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin avqustun 3-də keçiriləcək toplantısında Demokratik Dünya Azərbaycanlıları Konqresi ilə birləşmə məsələsi müzakirə olunacaq

Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin avqustun 3-də keçiriləcək toplantısında Demokratik Dünya Azərbaycanlıları Konqresi ilə birləşmə məsələsi müzakirə olunacaq
# 27 iyul 2007 13:55 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin (İH) avqustun 3-də keçiriləcək toplantısında qurumun rəhbər vəzifələrinə təyinatlar olacaq. DAK sədri Qulamrza Səbri Təbrizi APA-ya bildirib ki, toplantıda komissiyaların tərkibinə yenidən baxılacaq, təşkilatın daha aktiv fəaliyyət göstərməsi üçün mühüm qərarlar veriləcək və diaspora təşkilatları ilə əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunacaq. Q. Təbrizi İH-nin yığıncağında DAK-la Demokratik Dünya Azərbaycanlıları Konqresinin birləşmə məsələsinin müzakirə olunacağını da deyib: “Əsas müzakirə mövzularından biri də 2003-cü ildə parçalanmış qurumun yenidən birləşməsi məsələsi olacaq. Hesab edirəm ki, DAK İdarə Heyətinin üzvləri bu birləşməyə müsbət münasibət göstərəcəklər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR