Qulamrza Səbri Təbrizi: “Özünü DAK-ın rəhbər üzvləri kimi təqdim edən şəxslər barədə tədbirlər görüləcək”

Qulamrza Səbri Təbrizi: “Özünü DAK-ın rəhbər üzvləri kimi təqdim edən şəxslər barədə tədbirlər görüləcək”
# 27 iyul 2007 14:52 (UTC +04:00)
“Özünü Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, müşaviri və digər vəzifə sahibi kimi təqdim edən şəxslər qurumun nizamnaməsini pozurlar. Bu səbəbdən onlar barədə tədbirlər görüləcək”. Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Qulamrza Səbri Təbrizi APA-ya bildirib ki, bəzi şəxslər təşkilatın sonuncu qurultaydan sonra da cəmiyyətə özlərini DAK-da əvvəllər tutduqları vəzifələri ilə təqdim edirlər. O, belə halların yolverilməz olduğunu deyib: “Artıq neçə gündür DAK üzvü Eldar Qaradağlı qurumun sədr müavini kimi mətbuata açıqlama verir. Ötən gün isə Eldar Qaradağlı DAK-la Demokratik Dünya Azərbaycanlıları Konqresinin birləşməsi ilə bağlı qurum adından bəyanat verib. Bu şəxs DAK sədrinin müavini deyil və onun qurum adından verdiyi bəyanatlar da təşkilatın fikrini özündə əks etdirə bilməz”. Q. Təbrizi bu sözlərin digər DAK üzvlərinə də aid olduğunu qeyd edib: “DAK-ın rəhbər vəzifələrinə təyinatlar həyata keçirilməyənə qədər heç kimin sədrin icazəsi olmadan qurum adından danışmağa səlahiyyəti yoxdur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR