DAK İdarə Heyətinin Avropadan olan 9 üzvü Bakıda keçirilən iclasa qatıla bilməyəcək

DAK İdarə Heyətinin Avropadan olan 9 üzvü Bakıda keçirilən iclasa qatıla bilməyəcək
# 28 iyul 2007 10:54 (UTC +04:00)
“Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin Avropadan olan üzvləri qurumun İdarə Heyətinin avqustun 3-də Bakıda keçiriləcək toplantısında iştirak etməyəcəklər”. DAK İdarə Heyətinin üzvü Cavad Derəxti APA-ya bildirib ki, İdarə Heyətinin Avropadan olan 9 üzvü toplantı Bakıda keçirildiyi təqdirdə, yığıncağa qatıla bilməyəcəklərini deyiblər. C. Derəxti toplantının Avropa şəhərlərindən birində keçirilməsini təklif edib: “Toplantı ya Avropada keçirilməli, ya da poltak vasitəsilə olmalıdır”. DAK sədri Qulamrza Səbri Təbrizi isə APA-ya deyib ki, İdarə Heyətinin toplantısının yeri və vaxtı C. Derəxtinin fikri ilə müəyyənləşmir. Bu qərar İdarə Heyətinin 12 üzvünün fikri ilə müəyyənləşib. O, toplantının avqustun 3-də Bakıda keçiriləcəyini xatırladıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR