Gəncə xanı Cavad xanın nəslinin davamçısı olan Rza xan Azərbaycana gəlib

Gəncə xanı Cavad xanın nəslinin davamçısı olan Rza xan Azərbaycana gəlib
# 10 sentyabr 2007 14:25 (UTC +04:00)
R. Cavadxan bildirib ki, o, Təbrizdə doğulub-böyüyüb və 1980-ci ildə ailəsi ilə birgə Vaşinqtona köçüb. Hazırda Vaşinqtonda yaşadığını söyləyən R. Cavadxan Azərbaycana ilk dəfə gəldiyini söyləyib: “Ömrü boyu Quzey Azərbaycanı, babalarımın yurdu olan Gəncəni görmək istəmişəm. Bu ölkə gəldiyim ilk dəqiqələrdən istiliyi ilə məni cəlb etdi. Cavad xan mənim ulu babamdır”. R. Cavadxanın qızı Leyla Cavadxan da Azərbaycana gəlişindən sevinc hissi keçirdiyini deyib.
Qeyd edək ki, ötən gün Azərbaycana gələn Rza xan Cavadxan burada qaldığı müddət ərzində Gəncədə və ölkənin müxtəlif bölgələrində olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR