Avropa İnsan Hüquqları Müdafiə Təşkilatı Azərbaycan həqiqətləri ilə bağlı Almaniyada silsilə tədbirlər keçirəcək

Avropa İnsan Hüquqları Müdafiə Təşkilatı Azərbaycan həqiqətləri ilə bağlı Almaniyada silsilə tədbirlər keçirəcək
# 10 sentyabr 2007 15:30 (UTC +04:00)
Avropa İnsan Hüquqları Müdafiə Təşkilatı Azərbaycanın siyasi problemləri ilə əlaqədar Almaniyanın Barnstorf şəhərində silsilə tədbirlər keçirmək qərarı verib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu məqsədlə alman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə birgə toplantı keçirilib. Toplantıda sentyabrın 21-dən gələn ilin iyunun axırınadək Almaniyanın bir sıra şəhərlərində işğal olunmuş ərazilərimiz haqda, eləcə də insan hüquqlarının pozulmasına dair silsilə tədbirlər və sərgilər keçirmək planlaşdırılıb. Diepholz şəhər icra hakimiyyətinin təyin etdiyi 100 saatlıq tədbirlərdən başqa, bir sıra şəhərlərdə də sərgilərin və tədbirlərin keçirilməsi üçün icazə alınıb. Alman ictimai-siyasi qurumlarının da iştirak etdiyi toplantıda bu tip tədbirlərdə onların da yaxından iştirakının arzu edilən olduğu bildirilib. Bu tədbirlərin keçirilməsində məqsəd Almaniya ictimai-siyasi təşkilatları, eləcə də beynəlxalq təşkilatlarla birgə sülh istiqamətində müzakirələrin başlanması, Azərbaycan həqiqətlərinin almanlara çatdırılmasıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR