Ahıska Türklərinin Beynəlxalq “Vətən” Cəmiyyətinin sədri Süleyman Barqakadzenin Azərbaycana səfəri yarımçıq saxlanılıb

Ahıska Türklərinin Beynəlxalq “Vətən” Cəmiyyətinin sədri Süleyman Barqakadzenin Azərbaycana səfəri yarımçıq saxlanılıb
# 10 sentyabr 2007 16:05 (UTC +04:00)
“Ahıska Türklərinin Beynəlxalq “Vətən” Cəmiyyətinin sədri Süleyman Barqakadzenin Azərbaycana sentyabrın 9-da baş tutan səfəri Gürcüstanda yaradılan fondun işi ilə bağlı bu gün təxirə salınıb və o, Tiflisə gedib”. Ahıska türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov APA-ya bildirib ki, S. Barqakadze ötən gün Bakıda olub və yalnız cəmiyyətdə müəyyən məsələlər müzakirə olunub. Gürcüstanda Ahıska Türklərinin Qayıdış Fondunun yaradılması ilə bağlı texniki məsələlərin müzakirə olunacağını deyən İ. Burhanov yaxın vaxtlarda məsələnin həll olunacağına ümid etdiyini söyləyib. O, gələn həftə S. Barqakadzenin yenidən Azərbaycana gələcəyini bildirib. Qeyd edək ki, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklə əlaqədar Gürcüstan dövləti İosif Stalinin əmri ilə 1944-cü ilin noyabrında öz tarixi torpaqlarından keçmiş SSRİ-nin Orta Asiya və başqa bölgələrinə sürgün edilən Ahıska türklərinin geri qayıtmasını təmin edəcək sənəd qəbul edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR