İsveçdə Cavad Derəxti barədə cinayət işi açıla bilər

İsveçdə Cavad Derəxti barədə cinayət işi açıla bilər
# 18 sentyabr 2007 10:33 (UTC +04:00)
“Yaxın bir ay ərzində Dünya Azərbaycanlıları Konqresinin iyulun 7-8-də Almaniyanın Köln şəhərində keçirilən IX qurultayının protokolu və qurumun bir illik fəaliyyəti ilə bağlı deklarasiya İsveçin Vergilər Nazirliyinə təqdim edilməsə, mənim barədə bu ölkə tərəfindən cinayət işi qaldırıla bilər. Çünki Dünya Azərbaycanlıları Konqresi beynəlxalq təşkilat kimi İsveçdə qeydiyyatdan keçib və bütün sənədlər mənim adımadır. Qurumun Bakıda oturan və məsələdən xəbərdar olan İdarə Heyətinin üzvləri isə vəzifə bölgüsü ilə məşğuldurlar”. Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Cavad Derəxti APA-ya bildirib ki, bununla bağlı təşkilatın sədri Qulamrza Səbri Təbrizi ilə telefon əlaqəsi saxlayıb. Bəlli olub ki, yeni sədrin bundan xəbəri olmayıb. C. Derəxti baş verənlərdə DAK-ın rəhbərliyində təmsil olunan digər şəxsləri ittiham edib: “Qulamrza Səbri Təbrizi hazırda İngiltərədədir və sentyabrın 29-da İsveçə gələcəyinə söz verib. O, mənə bu texniki məsələlərdən xəbərsiz olduğunu dedi. Bu məsələyə ciddi yanaşılmalıdır. Əks təqdirdə, İsveç qanunları imkan verir ki, mən yenidən DAK-ın qurultayının keçirilməsini tələb edim”. O, DAK İdarə Heyətinin Avropada yaşayan üzvlərinin sentyabrda Stokholmda iclasının keçirilməsi təklifi ilə sədr Qulamrza Səbri Təbriziyə müraciət etdiyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR