Sabir Rüstəmxanlı: “Demokratik Dünya Azərbaycanlıları Konqresinin Dünya Azərbaycanlıları Konqresi ilə birləşməsi məsələsini əngəlləmək istəyənlər var”

Sabir Rüstəmxanlı: “Demokratik Dünya Azərbaycanlıları Konqresinin Dünya Azərbaycanlıları Konqresi ilə birləşməsi məsələsini əngəlləmək istəyənlər var”
# 18 sentyabr 2007 14:16 (UTC +04:00)
“Dünyada fəaliyyət göstərən diaspora təşkilatlarının, o cümlədən Demokratik Dünya Azərbaycanlıları Konqresinin Dünya Azərbaycanlıları Konqresi ilə birləşməsi məsələsini əngəlləmək istəyənlər var. Bu cür adamlar həm Demokratik Dünya Azərbaycanlıları Konqresinin, həm də Dünya Azərbaycanlıları Konqresinin daxilində fəaliyyət göstərir”. Dünya Azərbaycanlıları Konqresi sədrinin I müavini Sabir Rüstəmxanlı APA-ya bildirib ki, bununla bağlı yaradılan komissiyaya onlar tərəfdən özü rəhbərlik edir və artıq bir sıra yazışmalar həyata keçirilib. Danışıqları müsbət qiymətləndirdiyini deyən S. Rüstəmxanlı prosesin səmimi şəkildə davam edəcəyi təqdirdə, uğurlu nəticə əldə ediləcəyini söyləyib: “Bu günə qədər ictimai-siyasi fəaliyyətimizdə qazandığımız təcrübə bizə hər şeyə inanmamağı aşılayıb. Amma hesab edirik ki, DAK-dan qoparaq Demokratik Dünya Azərbaycanlıları Konqresi yaradan şəxslərlə bir qurumda fəaliyyət göstərəcəyik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR