Rza xan Cavadxani: “Gəncəyə Cavad xanın məzarını öpməyə gəlmişəm”

Rza xan Cavadxani: “Gəncəyə Cavad xanın məzarını öpməyə gəlmişəm”
# 19 sentyabr 2007 16:36 (UTC +04:00)
“Ata-baba yurdum olan Gəncədə hansı hisslər keçirdiyimi söyləməkdə çətinlik çəkirəm. Bu cür duyğuları ilk dəfədir ki, keçirirəm”. APA-nın Qərb bürosunun məlumatına görə, bu açıqlamanı “Gəncə qapıları”nın açılış mərasimində iştirak edən Cavad xan nəslinin nümayəndəsi, ABŞ vətəndaşı Rza xan Cavadxani verib. O, Gəncə əhalisini dünyanın ən sevimli insanları adlandırıb: “Mən bu sözləri Gəncə əhalisinin Cavad xanı sevdiyinə görə demirəm. Gəncəlilər yüksək səviyyəli adamlardır, mən bu insanların hər biri ilə görüşmək istərdim. Gəncəyə gəlməyimin əsas səbəbi isə Cavad xanın məzarını görmək və onu öpməkdir. İranda olarkən bizə belə imkan verməyiblər, hətta Cavad Xan adını belə ağızlardan yığmağa çalışıblar. Mən Gəncənin emblemi olaraq Cavad xan dövründə xanlıq bayrağının üzərindəki gerbin seçilməsini dünən gördüm. Mən Cavad Xanın bayrağını gördükdə iradi bir hisslə bayrağı öpdüm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR