Berlində Alman-Azərbaycan Forumunun fəxri İdarə Heyətinin ilk iclası keçirilib

Berlində Alman-Azərbaycan Forumunun fəxri İdarə Heyətinin ilk iclası keçirilib
# 20 sentyabr 2007 11:08 (UTC +04:00)
Bu gün Berlində, şəhər parlamentinin binasında Alman-Azərbaycan Forumunun fəxri İdarə Heyətinin ilk iclası keçirilib. Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Nəsimi Ağayev məlumat verib. Toplantıda Bundestaqın bir neçə üzvü, müxtəlif alman şirkətlərinin nümayəndələri, elm, mədəniyyət xadimləri, Azərbaycan diasporasının fəalları iştirak edib. Diplomatın sözlərinə görə, forum hələ 1996-ci ildə yaradılsa da, uzun müddət fəaliyyətsiz qalmışdı. 2006-cı ildə səfirliyin təşəbbüsü ilə qurum fəaliyyətini bərpa edib, yeni sədr, İdarə Heyətinin üzvləri seçilib. Hazırda foruma Otto Hauzer sədrlik edir. O, 14 il Bundestaqın üzvü olub, Helmut Kol hökumətində dövlət katibi vəzifəsində işləyib. Forum Almaniyada Azərbaycanla bu səviyyədə məşğul olan yeganə cəmiyyətdir. Qurumun məqsədi iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar sahədə münasibətlərin inkişafına töhfə verməkdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR