Nyu-Yorkda Amerika-Azərbaycan Cəmiyyətinin 50 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək

Nyu-Yorkda Amerika-Azərbaycan Cəmiyyətinin 50 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək
# 21 sentyabr 2007 07:37 (UTC +04:00)
Amerika-Azərbaycan Cəmiyyətinin (AAC) 50 illik yubileyi Nyu-Yorkda təntənəli şəkildə qeyd ediləcək. AAC prezidenti Tomris Azərinin APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, Bruklin “Borough Hall”da (şəhər meriyasının keçmiş binası) 2007-ci ilin oktyabrın 18-də keçiriləcək tədbirdə Azərbaycan Respublikasının Milli Müstəqillik Günü də qeyd olunacaq. Cəmiyyətin yarım əsirlik yubileyi münasibətilə binada Azərbaycan və Amerika bayraqları asılacaq, 18 noyabr Nyu-Yorkda Azərbaycan günü kimi qeyd olunacaq. Tədbirdə yüzlərlə amerikalı, azərbaycanlı və Nyu-York şəhərinin nüfuzlu siyasi və ictimai xadiminin iştirakı gözlənilir. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR