“Diaspor: izahlı sözlük və məlumat kitabı” işıq üzü görüb

“Diaspor: izahlı sözlük və məlumat kitabı” işıq üzü görüb
# 21 sentyabr 2007 14:13 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Diaspor: izahlı sözlük və məlumat kitabı” işıq üzü görüb. Komitədən APA-ya verilən məlumata görə, qurumun sədri Nazim İbrahimovun və AMEA-nın prezidenti, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası İdarə Heyətinin sədri Mahmud Kərimovun məsləhətçiliyi ilə hazırlanan kitabda diasporla bağlı önəmli olan söz və ifadələr, termin və anlayışlar əksini tapıb. Kitabda həmçinin xaricdəki diaspor təşkilatları, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər), mövzuya dair Azərbaycanda nəşr edilən kitabların adları, Azərbaycan diasporuna məxsus internet saytlarının ünvanları, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının tərkibi, “Ginnesin rekordlar kitabı”na düşən soydaşlarımızın adları, müxtəlif xalqların diaspor təşkilatları, diaspor quruculuğu barədə nəzəri fikirlər, təcrübi işlər və digər məsələlər barədə məlumatlar da toplanıb. Kitabın müəllifi gənc tədqiqatçı Zaur Əliyevdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR