Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin Şimal bürosu yaradılıb

Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin Şimal bürosu yaradılıb
# 24 sentyabr 2007 12:57 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin Şimal bürosu təsis olunub. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı Quba rayonuna səfər edən DAK Azərbaycan nümayəndəliyinin rəhbərliyi və Prezidentin İcra Aparatının sektor müdiri Qafar Əliyev 1918-ci ildə erməni-rus hərbi birləşmələri tərəfindən qətlə yetirilən azərbaycanlıların basdırıldığı kütləvi məzarlığa baş çəkiblər. Sonra təsis konfransı keçirilib. Konfransda Vaqif Əhmədov büronun rəhbəri, Nazim Əliyev DAK Azərbaycan nümayəndəliyinin Şimal bürosunun Quba, Tofiq Səfərov isə Xaçmaz rayon şöbəsinin müdiri seçiliblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR