Azərbaycanın Niderland Krallığındakı səfirliyində bu ölkədə fəaliyyət göstərən "Ana Vətən" Birliyinin üzvləri ilə görüş keçirilib

Azərbaycanın Niderland Krallığındakı səfirliyində bu ölkədə fəaliyyət göstərən "Ana Vətən" Birliyinin üzvləri ilə görüş keçirilib
# 24 sentyabr 2007 14:30 (UTC +04:00)
Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov bu ölkədə fəaliyyət göstərən "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin İdarə Heyətinin üzvləri ilə görüşüb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, birliyin sədri Gülşən Kazımova qurumun planları, bu yaxınlarda keçirəcəkləri sərgi və digər mədəniyyət layihələri, eləcə də təhsil sahəsində gerçəkləşdirmək istədikləri proqramlar barədə məlumat verib. Fuad İsgəndərov isə qeyd edib ki, səfirlik bu planlarının gerçəkləşməsi üçün dəstəyini əsirgəməyəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR