Nijni-Novqorod prokurorluğu “AZERROS”un yerli bölməsinin rəhbərinin diplomunun qanunsuz hesab edilməsi barədə məhkəmə iddiası qaldırıb

Nijni-Novqorod prokurorluğu “AZERROS”un yerli bölməsinin rəhbərinin diplomunun qanunsuz hesab edilməsi barədə məhkəmə iddiası qaldırıb
# 25 sentyabr 2007 10:08 (UTC +04:00)
Nijni-Novqorod prokurorluğu Azərbaycanlıların Rusiyada Milli-Mədəni Muxtariyyəti (AZERROS) təşkilatının yerli bölməsinə rəhbərlik edən Zaur İdrisovun ali təhsil haqqında diplomunun qanunsuz hesab edilməsi haqqında məhkəmə qarşısında iddia qaldırıb. APA-nın “Qazeta.ru” saytına istinadən yaydığı məlumata görə, prokurorluq tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, Zaur İdrisov 1996-cı ildə Nijeqorod Universitetinə yerli texniki universiteti bitirməsi haqqında saxta diplom təqdim edib. Prokurorluq hadisə ilə bağlı cinayət müddətinin ötməsi ilə əlaqədar cinayət işi qaldırmaqdan imtina edib. Qurum yalnız diplomun hüquqi qüvvəyə malik olmadığı barədə qərar çıxarmaq üçün məhkəmə qarşısında iddia qaldırıb. İddiaya oktyabrın 2-də baxılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR