DAK-ın Azərbaycan nümayəndəliyində Çelyabinskdəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri ilə görüş keçirilib

DAK-ın Azərbaycan nümayəndəliyində Çelyabinskdəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri ilə görüş keçirilib
# 25 sentyabr 2007 10:55 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyinin ofisində Rusiya Federasiyasının Çelyabinsk şəhərindəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Rafael Quliyevlə görüş keçirilib. DAK-dan APA-ya verilən xəbərə görə, nümayəndəliyin sədri İsmayıl Ağayev qonağı DAK və onun Azərbaycan nümayəndəliyinin fəaliyyəti haqqında məlumatlandırıb. R. Quliyev isə Çelyabinsk şəhərindəki azərbaycanlıların vəziyyəti, onların problemləri, istəkləri və “Ozan” mərkəzinin iki illik fəaliyyəti barədə danışaraq qeyd edib ki, hazırda mərkəzin eyni adlı “Ozan” qəzeti nəşr olunur. Görüşdə qərara alınıb ki, Çelyabinsk şəhərində Azərbaycan Mədəniyyət Günləri təşkil olunsun və “Ozan” Mədəniyyət Mərkəzinin bütün üzvləri DAK-a qəbul edilsin. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR