Danimarkada daha bir Azərbaycan diaspora təşkilatı yaradılıb

Danimarkada daha bir Azərbaycan diaspora təşkilatı yaradılıb
# 26 sentyabr 2007 13:03 (UTC +04:00)
Danimarkada yaşayan azərbaycanlılar daha bir təşkilat yaradıblar. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni qurum qadınlardan ibarətdir. “Azərbaycan qadını Danimarkada” adlanan quruma diasporanın fəallarından olan Fərqanə İsmayılova sədr seçilib. Təşkilat rəhbərliyi qeydiyyat üçün tələb olunan sənədləri yerli strukturlara təqdim edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR