Bişkekdə keçirilən II Böyük Türk Dili Qurultayı yekun qətnamə qəbul edib

Bişkekdə keçirilən II Böyük Türk Dili Qurultayı yekun qətnamə qəbul edib
# 01 oktyabr 2007 13:19 (UTC +04:00)
Qırğızıstanın Bişkek şəhərində Bilkənd Universitetinin yaradıcısı, Türkiyədə bir sıra universitetlərin və bu qurultayın əsasını qoymuş İhsan Doğramaçıya həsr olunan II Böyük Türk Dili Qurultayı keçirilib. Qurultayda Azərbaycan alimlərindən AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professorlar Kamil Vəli Nərimanoğlu, Cəlil Nağıyev və başqaları iştirak ediblər. N. Cəfərovun APA-ya bildirdiyinə görə, qurultayda müxtəlif ölkələrdən 100-ə qədər nümayəndə iştirak edib. Qurultayda türk dili, türk ədəbiyyatı və mədəniyyətinin ən müxtəlif məsələlərinə aid məruzələr dinlənilib. Açılışı Qırğızıstan Elmlər Akademiyasında keçirilən qurultay Manas Universitetində davam edib. Türk dilləri, ədəbiyyatları və mədəniyyətlərinin indiki vəziyyətləri, ortaq türk dili və türk ədəbiyyatı, türk əlifbası məsələləri, türk xalqlarının latın əlifbasına keçidlə bağlı yaranan problemləri, türk dillərinin tarixi ilə bağlı məruzələr dinlənilib. Qurultayın yekun qətnaməsində türk dilləri, ədəbiyyatları və mədəniyyətləri üzrə mütəxəssislərin işbirliyinin təmin olunması, ortaq türk dili və ədəbiyyatları məsələsinin ardıcıl olaraq müzakirəsinin aparılması, Təhsil Nazirlikləri, Milli Elmlər Akademiyaları, müxtəlif elm və mədəniyyət qurumları tərəfindən türk xalqlarının bu qloballaşan dünyada öz mədəniyyətlərini dünyaya çatdırmaq imkanları, mədəniyyətin inkişafı və müdafiə olunması sahəsində çalışmalarının davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qurultay sentyabrın 25-27-də keçirilib. İki gün isə Bişkek ətrafına gəzintilər təşkil olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR